EN

Bakıda mühafizəçi diş həkimi adı ilə pasientin 11 dişini çəkib

Bakıda mühafizəçi diş həkimi adı ilə pasientin 11 dişini çəkib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Belə ki, şikayətçi pasient bildirib ki, "İnstaqram" sosial şəbəkəsində "Dr. Farid Əşrəfli" adlı bir səhifə ilə qarşılaşıb. O, klinikaya gedib və Anar Əmiraslanov adlı həkim ilə görüşüb. Bu həkim və klinikanın mühafizəçisi Fərid özlərini diş həkimi kimi təqdim edərək, pasienti müayinə ediblər.

İlk müayinədən sonra bir gün ərzində pasientin 5 dişi, daha sonra isə 6 dişi çəkilib. Şikayətçi deyir ki, bu dişlər çox çətinliklə çəkilib və sonradan məlum olub ki, həmin dişlər sağlam imiş.

Ümumilikdə, pasiyentin 22 500 manat ödəyərək 11 dişinin çəkilməsi və 15 implantın qoyulması planlaşdırılsa da, müalicələr nəticəsində pasientin üst çənəsində sümük qırıqları meydana gəlib.

Həkim Anar Əmiraslanov iddialarla bağlı bildirib ki, şər və böhtandır, reytinq üçün səsləndirilən fikirlərdir. Lakin o, məsələnin əslini açıqlamayıb.

Chosen
701
50
unikal.az

10Sources