EN

Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüşdü: Nələr müzakirə olunub?

Ermənistan və Türkiyənin bir sıra dövlət idarələrinin nümayəndələri sərhəddə görüş keçirib.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.

Görüşdə həm dəmir yollarının fəaliyyətinə, həm də əvvəllər razılıq əldə edilmiş Ani körpüsünün bərpasına cavabdeh olan dövlət idarələrinin nümayəndələri də iştirak ediblər.

Rubinyanın qeyd etdiyi kimi, dəmir yolunun işə salınması ilə bağlı heç bir siyasi razılaşma yoxdur. Lakin müzakirələr zamanı tərəflər belə bir zərurət barədə anlaşa bilərlər. Görüş pozitiv və konstruktiv atmosferdə keçib.

Xatırladaq ki, sərhəd keçid məntəqəsinin işə salınması ehtimalı ilk dəfə bu ilin iyulunda Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında sərhəddə baş tutan görüşdən sonra elan edilib. /globalinfo.az/

Chosen
33
2
turkustan.az

3Sources