EN

Rusiya "Həyat Təhrir əş-Şam" siyasi komitəsi ilə əlaqə qurub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva "Həyat Təhrir əş-Şam"ın siyasi komitəsi ilə birbaşa konstruktiv əlaqələr qurub.
Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Onun sözlərinə görə, Moskva Suriyadakı hərbi bazalarını saxlamağı planlaşdırır.
"Bazalar Suriyada əvvəllər olduğu ərazidə qalır. Hələlik digər bir qərar qəbul edilməyib. Bazalar orada Suriya hakimiyyətinin tələbi ilə olub, məqsəd terrorçularla, İŞİD-lə mübarizə aparmaq idi. Çünki hər kəs eyni fikirdədir ki, terrorçuluq və İŞİD-in qalıqları ilə mübarizə hələ bitməyib. Bu, kollektiv səylər tələb edir və bu baxımdan, bizim mövcudluğumuz və Xmeymimdəki bazamız beynəlxalq terrorçuluqla ümumi mübarizə kontekstində mühüm rol oynayıb", - deyə o bildirib.
Chosen
28
10
oxu.az

10Sources