Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüş keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan məlumat verib.
O, görüşün nə vaxt keçirildiyini dəqiq açıqlamasa da, qarşı tərəflə müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bəyan edib.
Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.
Qeyd edək ki, bu görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq iyul ayında sərhəddə - Marqara keçid məntəqəsində Ruben Rubinyan və türkiyəli həmkarı Serdar Kılıç arasında keçirilən əvvəlki görüş zamanı əldə olunmuşdu.