EN

Braziliyalı hücumçu “Neftçi” ilə qarşılaşmada meydana çıxa biləcək

"Zirə" ilə oyunda zədələnərək meydanı erkən tərk edən "Kəpəz"in forvardı Paçu Lira MRT müayinəsindən keçirilib.

Sportinfo.az klubun tibbi xidmətinə istinadən xəbər verir ki, hücumçuda ciddi bir şey aşkarlanmayıb.

Yüngül formada əzələ dartılması olan Paçu kollektiv məşqlərə qoşulub.

"Kəpəz" Premyer Liqanın 17-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq. Qarşılaşma 15 dekabr tarixində "Neftçi Arena"da baş tutacaq.

Chosen
38
46
sportinfo.az

10Sources