EN

MTK rəhbəri sakinləri çölə atıb, kirayə pulunu ödəmir

Şəhərin mərkəzindəki MTK-lardan biri  2018-ci ildə sakinlərlə razılaşdırılaraq sökülüb.

Milli.Az xəbər verir ki, söhbət Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən binadan gedir.

Bina sökülən zaman sakinlərə mütəmadi kirayə pulu ödənilib. Lakin bir müddət sonra onlara verilən kirayə pulu saxlanılıb.

Sakinlər “Bu, Nazirlər Kabinetinin qərarı idi, dövlət layihəsi idi. Dövlətə inanıb, evimdən çıxmışam. Mənim evimi, kirayə pulumu versinlər”, – deyə bildiriblər.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki,sözügedən şikayətdən xəbərdardılar. Həmin ünvanda tikinti şirkəti tərəfindən sakinlərə ödənilən müvəqqəti kirayə haqlarının köçürülməsində mövcud olan gecikmələrin tam aradan qaldırılması və tikinti işlərinin gecikdirilməməsi barədə şirkət rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Qurumdan verilən məlumata görə, şirkət ödənişlərin qısa zaman kəsiyində təmin olunması və tikintinin vaxtında başa çatması ilə bağlı vəd verib.

Chosen
31
6
editor.az

7Sources