EN

Bu şəxslərə kakao içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Üç yaşdan kiçik uşaqlar üçün kakao tövsiyə edilmir. 

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya paytaxtının səhiyyə departamentinin baş dietoloqu Antonina Starodubova deyib. 

O qeyd edib ki, hamilə və laktasiya edən qadınların da tərkibində kakao olan qidaların istehlakını məhdudlaşdırması daha yaxşıdır. 

"Məktəbəqədər və ibtidai sinif uşaqları əks göstərişlər olmadıqda, kakaonu tədricən qida rasionuna daxil edə bilərlər" - deyə Starodubova bildirib. 

Həkim əlavə edib ki, kakao içkisinin tərkib hissələrinə görə fərdi dözümsüzlük halında istifadəsi qadağandır.

Bizim.Media

Chosen
38
7
bizim.media

5Sources