EN

Alma bağlarına da subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2024-cü il sentyabrın 1-dən Dağlıq Şirvan, Şəki – Zaqatala, Quba–Xaçmaz iqtisadi zonalarında, eyni zamanda, Lerik rayonunda salınacaq intensiv alma bağlarının inkişafı məqsədilə dövlət tərəfindən birdəfəlik əkin subsidiyasının verilməsi qərara alınıb.

Qeyd edilib ki, 2025-ci il mayın 31-dək ən azı 2 hektarda salınmış, hər hektarda minimum 2450 ting əkilmiş, damcı suvarma sistemi ilə təchiz olunmuş bağların hər hektarına görə fermerlərə 11min birdəfəlik əkin subsidiyası ödəniləcək.

Chosen
32
5
xalqqazeti.az

10Sources