Afyonkarahisarın (Türkiyə) Sultandağı rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, AFAD-ın internet saytında yer alan məlumata görə, episentri Afyonkarahisarın Sultandağı rayonunda 3,9 bal gücündə zəlzələ olub.
Saat 07.35-də baş verən zəlzələ 12.51 kilometr dərinlikdə qeydə alınıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”