EN

Suriyada parlament və konstitusiyanın fəaliyyəti dayandırılacaq

Suriyada

Suriyada konstitusiya və parlamentin fəaliyyəti 3 ay müddətinə dayandırılacaq.

Reyting.az
xəbər verir ki, bunu Suriya keçid hökumətinin sözçüsü Obaida Arnaut deyib.

Onun sözlərinə görə, Bəşər Əsədin ölkədən qaçdıqdan sonra 3 aylıq keçid dövründə parlamentin və konstitusiyanın fəaliyyəti dayandırılacaq. Konstitusiyanı araşdırmaq məqsədilə məhkəmə və insan haqları komitəsi yaradılacaq, sonra yeni konstitusiya düzəlişləri cəmiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Suriyada silahlı müxalifət 10 günlük qarşıdurmadan sonra Dəməşqə daxil olduqda prezident Bəşər Əsəd ölkəni tərk edib. Əsəd ölkədən qaçdıqdan və Baas rejimi devrildikdən sonra Suriyada keçid hökuməti qurulub və Məhəmməd əl-Bəşir baş nazirdir.

E. KAMAL
Chosen
11
reyting.az

1Sources