EN

Rənglərin sehirli ahəngi ilə şəxsiyyəti necə ifadə etmək olar?

Bakı, TurkicWorld

Rənglərin düzgün seçimi kişilər üçün gözəl görünüş yaratmaqdan daha artıq bir məna daşıyır.

Bunu TurkicWorld- əaçıqlamasında tanınmış stilist Ayaz Este deyib.

O qeyd edib ki, rənglər şəxsiyyətinizin ifadəsi, özgüvənin göstəricisi və ünsiyət vasitəsidir. Geyimdə doğru rənglərin seçimi, həmçinin dəri tonunuza, saç rənginizə və şəxsi üslubunuza uyğun olan kombinasiyalar yaratmaqla sizi daha yaxşı və cəlbedici göstərə bilər.

Stilist hesab edir ki, doğru rəng seçimi iş mühitində etibar və peşəkarlıq imicini gücləndirir. Dəri rənginə uyğun olmayan tonlar sizi solğun və ya yorğun göstərə bildiyi kimi, dəri rənginizə uyğun rənglər üzünüzün cizgilərini və təbii gözəlliyinizi vurğulaya bilər. Ümumən tünd dəri tonlarına açıq rənglər, açıq dəri tonlarına isə tünd rənglər daha uyğundur.

“Rənglər emosiyalara da təsir edir. Mavi sakitləşdirici, sarı isə enerjili bir təsir bağışlayır. Bu, sizin təqdim etdiyiniz mesajın daha güclü olmasını təmin edir. Yanlış seçimlər qeyri-peşəkar və ya uyğun olmayan təəssürat yarada bilər.“ -deyə tanınmış stilist vurğulayıb.

Ayaz Este təklif edir ki, rəng seçimi mövsümə uyğun olarsa, geyiminiz daha harmonik və təravətli görünər. Yazda açıq pastel tonlar, qışda isə tünd rənglər istifadə etməklə mövsümə ayaq uydura bilərsiniz.

“Doğru rəng seçimi həm şəxsi üslubunuzu yüksəldir, həm də insanların sizin haqqınızda daha yaxşı təəssürat yaratmasına kömək edir. Rənglərlə oynamaqdan çəkinməyin, amma balansı qorumağı da unutmayın. Çünki estetika uyğunluqdan başlayır. Öz dəri tonunuzu, mövsümə uyğunluğu və şəxsi zövqünüzü nəzərə alaraq, istənilən situasiyada mükəmməl görünə bilərsiniz!“ - deyə styilist sonda bildirib.

Chosen
23
turkic.world

1Sources