EN

Rusiya Suriya müxalifəti ilə ilk dəfə təmas qurub – Nəyi müzakirə ediblər?

Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə təmas qurub.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov, "Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub. Diplomatik missiyanın nümayəndələri ilə görüşürlər. Səfirliyimiz də onlarla görüşüb”,-deyə bildirib.

Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov, təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.

Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunan Boqdanov, “Bazalar Suriya ərazisində qalır. Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz bu idi. Terrorçulara və DEAŞ-a qarşı mübarizə aparmaq üçün hər kəs terrora qarşı mübarizə aparır”,-deyə qeyd edib.

“AzPolitika.info”

Chosen
19
5
azpolitika.info

7Sources