EN

Suriya qüvvələri səhvən 30 milyon dollarlıq ABŞ İHA-nı vurdu

Suriya qüvvələri səhvən 30 milyon dollarlıq ABŞ İHA-nı vurdu.
 
Moderator.az CNN-in bir çox rəsmilərə əsaslanaraq paylaşdığı xəbərə görə, Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi terror qüvvələrinin 30 milyon dollarlıq MQ-9 Reaper pilotsuz uçuş aparatını səhvən vurub.
 
Rəsmilər, terrorçu QSD qüvvələrinin Türkiyə İHA olduğunu zənn edərək atəş açması və bu səbəbdən ABŞ İHA-nın səhvən vurulması barədə məlumat paylaşıb. Hər biri təxminən 30 milyon dollar dəyərində istehsal olunan PUA-nın qəzaya uğraması ilə bağlı ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.
 
Təxminən 30 milyon dollar dəyərində olan İHA-nın dost atəşinə məruz qaldıqdan sonra qəzaya uğramasından sonra ABŞ vergi ödəyicilərinin pullarının boşa getdiyinə dair şərhlər edildi. 
Chosen
30
28
moderator.az

10Sources