EN

Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət halları müəyyənləşdirilir

Bakı. Trend:

Minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət hallarımüəyyənləşdirilir.

Trend-inməlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında”qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilir ki, minatəmizləmə fəaliyyətininkeyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyatprosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətinmonitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətininqiymətləndirilməsi həyata keçirilir.

Keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin vəstandart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdəsəlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələbedir.

İcraçı 15 (on beş) gün müddətində bu Qanunun 8.2-ci maddəsindənəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli vəbununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmiqaydada məlumat verməlidir.

Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dairtələbi icra edilmədikdə və ya bu Qanunun 8.3-cü maddəsinə uyğunolaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəkifəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətliqurum tərəfindən dayandırılır.

Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurumtərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdansonra tələblərə uyğun olaraq rəsmiləşdirilir.
Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onunəsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurumsifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydadaməlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvilverilir.

Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni vəya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidəişlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasınınqarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bubarədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana(quruma) sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydadaməlumat verilir.

Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələri)və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçıtərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarınarəsmi qaydada məlumat verilir.

Minatəmizləmə fəaliyyəti həyata keçirilmiş ərazilər və bu zamanaşkar edilmiş partlayıcı sursatlar barədə məlumatlar bu Qanunun9.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 9.1-ci maddəsində nəzərdətutulan informasiya sisteminə daxil edilməlidir.

Səlahiyyətli qurum tərəfindən təhlükəli ərazilərdə minatəmizləməfəaliyyəti bu Qanunun 6.2-6.12-ci maddələrinin tələbləri nəzərəalınmaqla fəaliyyət planı əsasında həyata keçirilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Chosen
18
az.trend.az

1Sources