EN

Makron bu gün yeni baş nazirin adını açıqlayacaq

Fransa prezidenti Emmanuel Makron bu gün - dekabrın 13-də yeni baş nazirin təyinatı ilə bağlı qərar verəcək.

Modern.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısının ofisi Makronun müvafiq qərarı barədə yazılı açıqlama vasitəsilə məlumat verəcək.

Daha əvvəl “Les Echos” qəzeti mənbələrə istinadən Makronun cümə axşamı respublikanın yeni baş nazirinin adını açıqlamaq niyyəti barədə məlumat yaymışdı. Daxili siyasi böhranı həll etmək üçün Fransa prezidenti həmin gün Polşaya planlaşdırılan səfərini də yarımçıq qoymalı oldu.

Mümkün namizədlər arasında Milli Yenidənqurma Şurasının 73 yaşlı rəhbəri və mərkəzçi Demokratiya Uğrunda Hərəkatın lideri Fransua Bayru, 38 yaşlı Silahlı Qüvvələr naziri Sebastien Lekorneu və daha əvvəl baş nazir vəzifəsini icra edən köhnə sosialist 61 yaşlı Bernard Cazeneuvenin adı çəkilir.
2007-ci ildə prezidentliyə namizədliyi irəli sürülmüş Seqolen Royalın adı baş nazir postuna namizədlər sırasında hallanır.

Chosen
32
modern.az

1Sources