EN

Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub


“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi” layihəsinin icrası çərçivəsində məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi, inteqrasiyası və koordinasiyası məsələləri üzrə vörkşop formatında müzakirələr keçirilib.
ADA Universitetində təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər. Tədbirin birinci sessiyasında çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə müzakirələrin məcburi köçkünlərə dair məlumatların daha da təkmilləşdirilməsi və bu sahədə boşluğun müəyyənləşdirilməsi məqsədi daşıdığını bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında hazırlanmış Böyük Qayıdışa dair Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurd yerlərinə könüllü, təhlükəsiz və ləyaqətlə geri dönmək istəyini gerçəkləşdirir. Böyük Qayıdışı davamlı prosesdir, onun effektiv təşkilində mükəmməl məlumat bazasının formalaşdırılması mühüm şərtdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vahid məlumat bazasının təkmilləşdirilməsi istiqamətində müntəzəm iş aparılır.
İki sessiya, qrup və plenar müzakirələrindən ibarət vörkşopda məcburi köçkünlərlə bağlı hazırlanacaq məlumat bülleteninin mövzu istiqamətləri, məlumat mənbələri, mövcud boşluqlar, həll yolları müzakirə edilib. Müzakirə iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin nümayəndələri tərəfindən cavablandırılıb, zəruri izahatlar verilib.
Müzakirələrdən sonra təklif olunan həll yollarının təqdimatı keçirilib, tövsiyələr verilib. İki gün davam edən vörkşop müzakirələri məcburi köçkünlər haqqında məlumatların əldə edilməsi üçün müəyyən əlavə və dəyişikliklər təklif olunub, potensial məlumat axını və ADA Universitetinin sorğusu üçün əlavə mövzular müəyyən edilib.
Xatırladaq ki, vörkşop İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilib.
Chosen
31
4
newscenter.az

5Sources