EN

"Bizim prioritetimiz Suriyada sabitliyin təmin edilməsidir" - Hakan Fidan

"Bizim prioritetimiz Suriyada sabitliyin təmin edilməsidir".

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib. 

“Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsi, terrorun özünə yer tapmaması, İŞİD və PKK-nın orada üstünlük təşkil etməməsi də prioritetlərimiz arasındadır”, - deyə siyasətçi vurğulayıb.

Fidan qeyd edib ki, Blinkenlə Qəzza ilə bağlı atəşkəsin ən qısa zamanda əldə olunmasına razılaşdıq.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
8
missiya.az

1Sources