EN

Colani şəkillərini yapışdırmağı QADAĞAN ETDİ

Suriya müvəqqəti hökuməti Əbu Məhəmməd əl-Colani yeni qərarla xalqa müraciət edib. 

“Cebheinfo.az” xəbər verir ki, keçmiş rejimin səhvlərindən nəticə çıxartmaq məqsədilə keçid hökuməti ictimaiyyətə xəbərdarlıq edib. 

“Xalqımızdan Colaninin fotoşəkillərini avtomobillərə, divarlara, iş yerlərinə və dövlət idarələrinə asmamalarını xahiş edirik. Biz Əsəd rejiminin fərdləri müqəddəsləşdirmə prinsiplərindən uzağıq”,-deyə hökumətin bəyanatında qeyd edilir.

Digər tərəfdən, müxalifət paytaxt Dəməşqdə komendant saatını ləğv edib və xalqa “İşə qayıdın” çağırışı edilib. Yeni hökumət konstitusiyanın və parlamentin fəaliyyətini 3 aylıq keçid dövrü üçün dayandırdığını açıqlayıb.

Chosen
24
cebheinfo.az

1Sources