EN

Azərbaycanda vergi ödəyicilərinin ümumi sayı 5%-dən çox artıb

Bu ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.590.659 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə "İki sahil" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən, fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb. Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9 faiz olub.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188.877 vahid təşkil edib və ötən ilin eyni dövünə nisbətən 7,9 faiz artıb.

Ətraflı

2024-cü ilin yanvar-noyabr aylarında 12.907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 faiz-i yerli investisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10.713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8.677-si Asan İmza ilə, 1.995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə “SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39.847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123.682 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.

Chosen
20
7
ikisahil.az

10Sources