EN

Qadın səfirlərin sayı artsın, yaşlı diplomatlar isə...

Qadınların diplomatik xidmətdə fəaliyyətlərinin artmasını dəstəkləməliyik. Qadın səfirlərin sayı hələ də azdır. Hesab edirəm ki, bu məsələ qanunda əksini tapa bilərdi.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Nigar Arpadarai “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Qanun layihəsi peşəkarlıqla hazırlanıb. Bir neçə təklifim var. Qadınların diplomatik fəaliyyətinin artırılması yaxşı olardı. Yaşlı, peşəkar diplomatlarımız var, ancaq indi onlara səfirliklərdə, Xarici İşlər Nazirliyində uyğun vakansiya yoxdur. Həmin diplomatlar məsləhət şuralarında fəaliyyətləri ilə ölkəyə fayda verə bilərlər”, - o bildirib.
Chosen
37
2
sherg.az

4Sources