EN

ABŞ-la Yaxın Şərq mövzusunda razılaşdıq - Fidan

Bizim prioritetimiz Suriyada sabitliyi təmin etmək, İŞİD və PKK-nın üstünlüyünün qarşısını almaqdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Qəzzada baş verən hadisələrə toxunan XİN başçısı bildirib ki, regionda ən qısa zamanda atəşkəsin əldə olunması üçün ABŞ-la razılaşdıq:

“Artıq həm ABŞ, həm də Türkiyə digər tərəfdaşları ilə birlikdə bölgədə atəşkəsin əldə olunması üçün intensiv şəkildə çalışır. Amma təəssüf ki, regionda zorakılıq halları dayanmır. İsrail dinc sakinləri atəşə tutmaqda davam edir. Biz bu vəziyyəti ən qısa zamanda dayandırmaq üçün nə edə biləcəyimiz barədə müzakirə apardıq”.

Chosen
24
18
axar.az

10Sources