EN

"Düşünürəm ki, bu düzgün təklifdir" - Şair Ramaldanov

Xəbər verdiyimiz kimi hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov News365.az-a fikirlərini bildirib. 

"35 yaş elə bir yaşdır ki, insanlar ailə qurur, hansısa sahədə sahiblik edir. Bununla bağlı iradlar, təkliflər verilir. Azərbaycan bu saat bütün istiqamətlərdə müəyyən qanunvericilikdə dəyişikliklərə səbəb olan və əhalinin, ümumiyyətlə bütün vəziyyəti götür-qoy edərək müəyyən qərarlar qəbul etməkdədir. Bu da təkliflərdən biridir. Düşünürəm ki, bu təklif düzgün təklifdir. Burda vəziyyət gərgin olsa heç bir təsiri yoxdur. Ona görə ki, səfərbərlik xidmətinin qanunları gündəmə gəlir. Bu yaş həddinin aşağı salınmasına heç bir təhlükəsizlik baxımından Azərbaycanın müdafiyəsi baxımından mənfi təsiri yoxdur."

News365.az

Chosen
25
news365.az

1Sources