Suriyda Bəşər Əsəd rejimini devirən “Heyət Tahrir əş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd Əl-Culaninin ötən gün Dəməşqə gedən Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının olduğu avtomobili idarə etməsi böyük marağa səbəb olub.
Ulusal.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə internet resurslarında görüntülər yayılıb.
MİT rəhbərinin avtomobilini Culaninin idarə etməsi dünyada da böyük əks-səda doğurub.