EN

 Suriyadakı mədəni irsimiz - Azərbaycanlılara yaxın olan türkmənləri nə gözləyir...

"Ərəb baharı"ndan sonra Suriyada hakimiyyəti qorumaq üçün Əsəd rejiminin 13 il davam etdirdiyi vətəndaş müharibəsi Yaxın Şərq, o cümlədən digər regionlara da ciddi təsir göstərdi. Dekabrın 8-i də güclənən müxalif üsyanları 61 ildir hakimiyyəti güc yolu ilə saxlayan Əsəd rejimini çökdürdü. Hakimiyyətin dəyişməsi bir sıra proseslərin inkişafına da ciddi təsir edəcəyi gözlənilir.

Mədəniyyətin beşiyi hesab edilən, ilk sivilizasiyanın yarandığı Suriya torpaqlarında – Mesopotemiya ilə sıx ticari və mədəni əlaqələri olan Azərbaycanın mədəni irsinə məxsus müxtəlif resurs və mənbələrin necə qoruduğu, bundan sonra prosesin necə tənzimlənəcəyi də sual yaradır.


Modern.az mövzu ilə bağlı Yaxın Şərq və dini mövzular haqqında yazan jurnalist Kənan Rövşənoğlu ilə həmsöhbət olub.


“Suriyada Azərbaycana aid əsas abidə Hələb şəhərində yerləşən şair Nəsiminin məzarı idi. Məzar hələ Bəşər Əsəd rejimi zamanı dövlət tərəfindən qorunurdu, məzarlıq Nəsimi adına küçədə yerləşir. Məzarlığa Nəsimi soyundan olan bir şəxs də nəzarət edirdi. Suriyada yaşayan sayları 1 milyondan çox türkmənlər də dil - ləhcə olaraq bizə daha yaxın Qaraqoyunlu, Avşar və digər oğuz türkmənləri idi. Onların kəndləri dağılmışdı, bir qismi də xaricə, əsasən də Türkiyəyə köçmək məcburiyyətində qalıb. Amma əhalinin əhəmiyyətli hissəsi hələ də ordadır. Bizim üçün əhəmiyyətli olan Suriyada sabitlik və təhlükəsizliyin tezliklə bərpa edilməsi, həmçinin yeni hökumətin qurulması, konstitusiyanın qəbul olunması və beləliklə keçid dövrünün baş verməsidir.  Bu proses nə qədər sürətli və ağrısız olarsa, bütövlükdə Suriya və oradakı xalqlar üçün əlverişli olacaq”.
 

Müxaliflərin hakimiyyəti ələ alması nəticəsində proseslərin hansı istiqamətdə irəliləyəcəyi mövzusuna da toxunan ekspert bildirib ki, hələlik ciddi problem olmasa da müxalifətin bu prosesi necə aparacağını zaman göstərəcək.

"Bunun üçün indidən vaxt təyin etmək, müddət qoymaq doğru olmaz. Yaşayıb görəcəyik. Hələlik cənubda İsrail ordusunun Suriya ərazilərini ələ keçirməsi müşahidə olunur, şimal-şərqdə isə kürd qrupları müstəqil fəaliyyət göstərir. Bundan başqa, daxildəki müxtəlif ideya və ideologiyalara mənsub müxalifətin ortaq düşmən olan Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra birliyi qoruyub saxlaması lazım olacaq”.

Chosen
32
50
modern.az

10Sources