EN

Xocalıya növbəti köç karvanı yola düşüb -FOTO

Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı dekabrın 13-də Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. 

 

Senzor.az bildirir ki, ilk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülür.

 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Chosen
11
8
senzor.az

10Sources