EN

Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

Bakı. Trend:

Parlament Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalininsağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”,“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüşşəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqişəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmazəmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımıhaqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyalarıhaqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr vəpeşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsihallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”,“Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərinhüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklikedilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Trend xəbərverir ki, qanun layihəsi parlamentin dekabrın 13-də keçirilənplenar iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklər, əsasən, Elektron Hökumət İnformasiya Sistemininistifadəsinin genişləndirilməsi və bürokratik maneələrinazaldılması məqsədini daşıyır.

Müvafiq qanunlara edilən dəyişikliklərə əsasən, ƏməkMəcəlləsinin 88-ci maddəsinə əlavə edilən 3-cü hissəyə görə, ƏməkMəcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmişhallar istisna olmaqla, əmək münasibətləri ilə bağlı sənədlərdəgöstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemiüzərindən təqdim edilə bilər.

Bu məlumatların elektron təqdim edilməsi həmin sənədlərin fizikitəqdim edilməsinə bərabər tutulur. Miqrasiya Məcəlləsinin bir sıramaddələrinə (39.5, 44.7, 51.9, 52.6) əlavələr edilib. Budəyişikliklərə əsasən, müvəqqəti və daimi yaşayış icazələri, işicazələri və digər miqrasiya sənədləri ilə bağlı məlumatlarElektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər.“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda vətəndaşınsağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilənməlumatların elektron şəkildə təqdim edilməsi mümkündür.

“Yol hərəkəti haqqında” Qanunda sürücülük vəsiqəsi, nəqliyyatvasitəsinin qeydiyyat şəhadətnaməsi və texniki baxış barədəsənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiyaSistemi üzərindən təqdim edilə bilər. “Qaçqınların və məcburiköçkünlərin statusu haqqında” Qanunda qaçqın vəsiqəsində göstərilənməlumatların elektron təqdim edilməsi mümkündür.

“Tibbi sığorta haqqında” Qanunda tibbi sığorta şəhadətnaməsi vəgöndərişlər barədə məlumatların elektron şəkildə təqdim olunmasıtəmin ediləcək. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında”Qanunda Kommersiya və publik hüquqi şəxslərin qeydiyyatı ilə bağlıməlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdimedilməsi mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunda daşınmaz əmlakla bağlı çıxarışlarda göstərilən məlumatlarınelektron təqdim olunması təmin ediləcək. “Ünvanlı dövlət sosialyardımı haqqında” Qanunda sosial yardımların təyin edilməsi vəimtina edilməsi barədə qərarların elektron şəkildə təqdim edilməsimümkündür.

“Sosial müavinətlər haqqında” Qanunda müavinətlərin təyinedilməsi və imtina edilməsi barədə qərarların elektron təqdimedilməsi təmin ediləcək. “Əmək pensiyaları haqqında” Qanunda əməkpensiyalarının təyin edilməsi, yenidən hesablanması və digərmüvafiq qərarların elektron şəkildə təqdim olunması mümkündür.“Təhsil haqqında” Qanunda təhsil haqqında dövlət sənədi vəarayışlarla bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemiüzərindən təqdim edilməsi təmin ediləcək.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortahaqqında” Qanunda icbari sığorta müqavilələrində göstərilənməlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdimedilməsi mümkün olacaq. “İcbari sığortalar haqqında” Qanunda icbarisığorta şəhadətnaməsi və digər sənədlər barədə məlumatlarınelektron təqdim edilməsi təmin ediləcək.

“Lisenziyalar və icazələr haqqında” Qanunda lisenziya vəicazələrlə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemiüzərindən təqdim edilməsi mümkündür. “Əlilliyi olan şəxslərinhüquqları haqqında” Qanunda əlilliyin müəyyən edilməsi barədəqərarların elektron şəkildə təqdim edilməsi mümkün olacaq.“Məşğulluq haqqında” Qanunda şəxsin işsizlik və ya işaxtaran kimiqeydiyyata alınması, məşğulluq proqramları və digər sənədlərdəgöstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemiüzərindən təqdim edilə bilər.

Bu dəyişikliklər, sənəd dövriyyəsini sadələşdirmək və dövlətxidmətlərinin daha sürətli və şəffaf şəkildə göstərilməsini təminetmək məqsədini daşıyır. Elektron Hökumət İnformasiya Sistemiüzərindən sənəd təqdimatı və əldə edilməsi hüquqi sənəd sayılır vəfiziki sənəd təqdim etməklə eyni hüquqi qüvvəyə malik olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbuledilib.

Chosen
25
5
az.trend.az

6Sources