EN

Böyük Britaniyanın ÜDM-i gözlənilmədən 0.1% azalıb

Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) oktyabrda ölkənin ÜDM-nin 0.1% azaldığını bildirib. Qeyd edək ki, ?Reuters?in sorğusuna qatılan analitiklər oktyabrda ÜDM artımının 0.1% olacağını gözləyirdilər.

ONS iqtisadçıları oktyabr ayında iqtisadi yavaşlamanı daxili istehsalın 0.6% azalması ilə əlaqələndirirlər. Ən əhəmiyyətli azalmalar sənaye istehsalı və mədənçıxarma sektorlarında, eləcə də tikintidə qeydə alınıb.

Oktyabr ayı ÜDM nəticələrinin bu səhər açıqlanmasından sonra funt sterlinq ABŞ dolları qarşısında 0.3% ucuzlaşaraq 1.2627 dollar olub.

Chosen
24
banker.az

1Sources