EN

“Qarabağ” antirekordun bir addımlığında

Avropa Liqasında məğlubiyyətləri sıralayan “Qarabağ” Liqa mərhələsində ən çox qol buraxan komandalar sırasında yer alıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası keçirdiyi 6 görüşdə 14 top buraxıb.

Azərbaycan çempionu hər matçda orta hesabla 2,33 qol buraxır. Bu, turnirin üç ən zəif göstəricisindən biridir.

Yalnız Kiyev “Dinamo”su daha çox qol buraxıb. Ukrayna təmsilçisi topu 15 dəfə qapısında görüb.

“Nitsa” isə “Qarabağ”la eyni göstəriciyə malikdir. Fransa klubu da 14 qola üzülüb. Hər iki komanda “Dinamo”nun antirekordunun bir addımlığındadır.

Bu “üçlük”dən başqa yalnız iki komanda orta hesabla 2,00-dan daha çox top buraxıb. “Beşiktaş” və Təl-Əviv “Makkabi”si 13 dəfə belə üzüntü yaşayıb.

Qeyd edək ki, 6 oyunda 3 xal toplayan “Qarabağ” turnir cədvəlində 33-cüdür.

İdman.biz

Chosen
36
idman.biz

1Sources