EN

Bu şəxslərin əmək müqaviləsi ləğv edildikdən sonra təminatı qaydası dəyişir

Bakı. Trend:

Əmək müqaviləsi ləğv edildikdən sonra işçilərin təminatıqaydasına dəyişiklik olunur.

Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif olunandəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Qanunvericiliklə müəyyən edilmiş qaydadamüəssisənin ləğvi istisna olmaqla, Azərbaycan Respublikasınındiplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxudmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyəgöndərilən diplomatik xidmət orqanı əməkdaşının AzərbaycanRespublikasının dövlət orqanında, dövlətin adından yaradılan publikhüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə vəbüdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və buMəcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmişqaydada əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) diplomatikxidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və yakonsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyimüddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvimgünü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciətetdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqlahəmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqavəzifəyə (peşəyə) təyin olunur.

Belə ki, hazırda Azərbaycan Respublikasının diplomatiknümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatikxidmət orqanı əməkdaşlarının həyat yoldaşları ailənin bir yerdəyaşaması üçün ölkəmizdəki iş yerlərini itirmək məcburiyyəti iləqarşılaşırlar.

Əmək qanunvericiliyinə əsasən əməkdaşın həyat yoldaşına iş yerisaxlanılmaqla altı aydan artıq olmayan müddətə ödənişsiz məzuniyyətverilsə də, bu məzuniyyət mövcud problemin həllinə təsir etmir.Qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadanəməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraqəməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başaçatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlkiişlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinəsəbəbolur.

Digər tərəfdən, xaricə işləməyə göndərilən əməkdaşın həyatyoldaşının Azərbaycandakı öz iş yerini saxlamaq məqsədilə uzunillər ərindən və ya arvadından ayrı yaşaması da onların şəxsihəyatına və ailənin möhkəmliyinə mənfi təsir göstərir, həmçininəməkdaşın uşaqlarının ailədə valideynləri ilə birlikdə yaşamaq vətərbiyə almaqhüququnun pozulmasına səbəb olur.

Nəzərə almaq lazımdır ki, xaricdə xidmət keçən dövr ərzindədiplomatik xidmət orqanı əməkdaşlarının onlarla birlikdə yaşayanhəyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması birçox dövlətlərin təcrübəsində artıq mövcuddur. Öz aktuallığı ilətənzimlənməsini tələb edən bu məsələ hazırda bəzi dövlətlərindaxili qanunvericilik aktlarında təsbit olunur.

Beləliklə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklərnəticəsində diplomatik xidmət orqanı əməkdaşlarının xaricdəxidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarınınöz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rastgəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həminorqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta,əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəviqanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Chosen
21
3
az.trend.az

6Sources