EN

Azərbaycanda bu il sənaye istehsalı artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 0,6%, qeyri neft-qaz sektorunda isə 7,2% artıb.

Məlumata görə, sənaye məhsulunun 64,4%-i mədənçıxarma sektorunda, 29,8%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Chosen
23
34
ulusum.az

10Sources