EN

Diktatorluqdan doktorluğa - “Əsəd Moskvada rusların gözünü müalicə edəcək”

Məlum olduğu kimi, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd lideri olduğu Baas rejimi süquta uğradıqdan sonra ailə üzvləri ilə birlikdə Moskvaya qaçıb.

“AzPolitika” xəbər verir ki, hazırda maraqla izlənilən məqamlardan biri də Bəşər Əsədin bundan sonar Rusiyada nə edəcəyi, gələcək iş fəaliyyətinin necə olacağı ilə bağlıdır.

Bu barədə xarici mətbuatın yazdığına görə, Bəşər Əsəd Rusiyada oftalmoloq kimi işləməyi planlaşdırır. Əsədin Rusiyada oftalmoloji klinika açmaq niyyətində olduği iddia edilir.

Rusiya mətbuatına danışan politoloq Yuri Svetov da belə bir iddia maraqlı bir iddia ilə çıxış edib.

O da Əsədin Moskvada rusların gözünü müalicə edəcəyini iddia edib.

"Onlar Moskvada adi həyat sürəcəklər. Məsələn, Bəşər Əsədin oğlu bu yaxınlarda Rusiyadakı universitetdə dissertasiya müdafiə edib. Ola bilsin ki, gələcəkdə burada dərs desin, elmlə məşğul olsun. Bəşər Əsədin özü isə bir oftalmoloq kimirusların gözünü müalicə edəcək”, -deyə o, qeyd edib.

Qeyd edək ki, Bəşər Əsəd Dəməşq Unversitetinin “həkim-oftalmoloq” fakültəsində təhsil alıb, ixtisasca göz həkimidir. 1988-ci ildə universiteti bitirdikdən sonra bir müddət Dəməşqdə yerləşən “Tişrin” hərbi hospitalında göz həkimi kimi çalışıb.

"AzPolitika.info"

Chosen
22
1
azpolitika.info

2Sources