EN

Azərbaycanlı gülçü dünyanın ən bahalı buketini düzəltdi — 1,7 milyon

Niderlandda yaşayan və fəaliyyət göstərən azərbaycanlı gülçü Yusif Xəlilov dünyanın ən bahalı buketini yaradıb.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, buketin dəyəri 1 milyon avro (1 milyon 786 min 400 manat) təşkil edir.

O, istixanalarda yetişdirilən eksklüziv çiçəklərdən hazırladığı buketi brilyant qaşlar və ağ qızılla tamamlayıb.

Gül dəsti nadir çiçəkləri özündə birləşdirib. Buraya qara kalla, qəhvəyi vanda orxideyası və iki unikal növ qızılgüllər daxildir. 

Yusif bu işi ilə gülçü kimi "Ginnesin Rekordlar Kitabı"na düşməyi hədəfləyib.

Chosen
51
5
demokrat.az

6Sources