EN

Banqladeşdə denqedən ölənlərin sayı 540-ı ötdü

Banqladeşdə denqe qızdırmasından ölənlərin sayı yanvar ayından bu yana 541 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Cənubi Asiya ölkəsinin Səhiyyə Xidmətləri Baş Müdirliyi məlumat yayıb.

Son 24 saatda Dəkkə şəhərinin 5 sakini viral qızdırmadan dünyasını dəyişib. Hazırda bütün ölkə üzrə 344 nəfər xəstəxanaya yerləşdirilib. Qızdırma əlamətləri olan 1840 xəstə müalicə olunur.

2024-cü il yanvarın 1-dən etibarən danqe xəstəliyinə yoluxma hallarının sayı demək olar ki, 98 minə çatıb.

Banqladeşdə qızdırmanın ilk böyük epidemiyası 2000-ci ildə baş verib və o vaxtdan bəri xəstəlikdən ölüm nisbəti hər il yüksək olaraq qalır. 2023-cü ildə qızdırmadan ölənlərin sayı 1705 nəfərə, yoluxanların sayı 321179 nəfərə çatıb.


Telegram kanalımız
Chosen
38
yenisabah.az

1Sources