İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 12-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-UB-265 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını yoldan çıxaraq qəzaya uğrayıb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə sükanı buraxan sürücü nəqliyyat vasitəsini aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınına maddi ziyan dəyib. Qəzalı maşın qaldırıcı kran vasitəsilə ərazidən kənarlaşdırılıb.
Qeyd edək ki faktla bağlı araşdırma davam edir.
Nərmin