EN

Azərbaycan və Belarus baytarlıq preparatlarının birgə istehsalı müəssisəsini yaradır

Azərbaycanda səfərdə olan Belarus Respublikasının “BelVitunifarm” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib.

Banker.az xəbər verir ki, görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Ə.Nəbiyev və “BelVitunifarm” ASC-nin Baş direktoru İ.Darovskix ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar.

“Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb.

Chosen
10
1
banker.az

6Sources