EN

Azərbaycanda iki nazirliyin birləşdirilməsi təklif olunur

"Bu gün islahatlara getməliyik və çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azaldılsın. Bu məqsədlə gələcəkdə Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi müsbət addım olardı".

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"Biz dövlət idarəetməsində olan şəxslərin sayını azaltmaqla onlara daha yüksək əməkhaqqı verə bilərik. Dövlət tərəfindən daha ciddi şəkildə onların sosial müdafəsi təşkil oluna bilər", - deyə deputat bildirib.

Chosen
30
5
avtosfer.az

6Sources