EN

ABŞ Ukraynaya minlərlə raket və yüzlərlə texnika verəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası beş həftə ərzində Ukraynaya "böyük miqdarda silah" verməyi planlaşdırır.

Dekabrın 12-də Bayden Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib, CNN bildirib.

"Bu gündən yanvarın ortalarına qədər Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli texnika və digər mühüm imkanları təqdim edəcəyik", - Prezident Administrasiyasındakı  mənbə deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi təsdiq edib ki, hazırkı administrasiya  səlahiyyət müddəti bitənə qədər - 20 yanvar 2025-ci ilə Kiyevə hərbi dəstək verəcək.

Dekabrın 8-də ABŞ Müdafiə Nazirliyi Ukraynaya 988 milyon dolar məbləğində yardım paketi barədə bildirib. Bunlar HIMARS sistemləri üçün raketlər, pilotsuz təyyarələr, artilleriya sistemləri, tanklar və zirehli maşınlar üçün avadanlıq və ehtiyat hissələri olacaq.

Chosen
18
34
turan.az

10Sources