EN

Bələdiyyə seçkiləri ilə əlaqədar daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Azərbaycanda 2025-cü il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində daha beş partiyanın səlahiyyətli nümayəndələri təsdiqlənib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 13-də keçirilən iclasında qərar qəbul olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatı əsasında Ədalət, Hüquq, Demokratiya (ƏHD), Milli Cəbhə (AMCP), Milli Dirçəliş Hərəkatı (MDHP), Ana Vətən (AVP) və Böyük Azərbaycan (BAP) partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Chosen
27
15
aznews.az

10Sources