EN

"Qarşıdakı aylar Ukrayna üçün çətin olacaq" - Aqil Rüstəmzadə

"Rusiya Ukraynaya 93 qanadlı və ballistik raket və 200 kamikadze drondan istifadə edərək kütləvi zərbə endirib. Əsas infrastruktur obyektləri hücumun başlıca hədəflər idi".

"AzPolitika" xəbər verir ki, bunu hərbi analitik Aqil Rüstəmzadə bu gün Ukrayna şəhərlərinə qarşı Rusiya ordusunun kütləvi hücumlarını şərh edərkən bildirib.

"Qarşıdakı aylar Ukrayna üçün çətin olacaq, həm cəbhədə, həm də arxa cəbhədə. Rusiya danışıqlar prosesi üçün "güclü mövqelər" qazanmağa çalışacaq. Eyni zamanda, fərqinə varıram ki, 3 ilə yaxındır enerji infrastrukturuna vurulan intensiv zərbələr heç bir ciddi nəticə verməyib. İndi bunun baş verməsi ehtimalı yoxdur", - ekspert vurğulayıb.

"AzPolitika.info"

Chosen
19
azpolitika.info

1Sources