Türkiyəyə sığınan mühacirlər özləri artıq vətənlərinə dönür.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı bildirib.
O, müxalifətin zamanında suriyalı qaçqınları ölkədən geri göndərməklə bağlı çağırış və niyyətlərini qınayıb: “Biz isə mühacirləri heç bir zaman qovmarıq, onlara sahib çıxacağıq deyirdik. İndi isə onlar gəldikləri yerə özləri çuval, çantaları ilə geri dönürlər”.