EN

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib

Bakı, TurkicWorld

Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunmuş döyüş təcrübəsinin qoşunlarımızın hazırlığında tətbiqindən danışıb.

General-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant M.Nielsen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Chosen
16
27
turkic.world

10Sources