EN

Orqanla birlikdə yaddaş da köçürülür

Orqan transplantasiyası keçirmiş insanlar tez-tez duyğularında, zövqlərində və xatirələrində dəyişikliklər olduğunu bildirirlər.

“Cebheinfo.az” xəbər verir ki, bu vəziyyət ən çox ürək transplantasiyası keçirənlərdə müşahidə olunur, bunun ardınca isə böyrək, ağciyər və üz transplantasiyası gəlir. 

Belə vəziyyətlərin psixoloji illüziya olmadığı müəyyən edilib. Bu ilin əvvəlində dərc edilən araşdırma hesabatına görə, orqan transplantasiyası alan insanlar donorlarının xatirələrini və şəxsiyyətlərini də miras alırlar.

Doqquz yaşlı oğlana hovuzda boğulan üç yaşlı qızın ürəyi köçürüldükdən sonra su qorxusu yaşaması araşdırmaya nümunə kimi daxil edilib. 

Tədqiqat qrupu bu dəyişikliklərin hüceyrə yaddaşının ötürülməsi ilə bağlı ola biləcəyini irəli sürüb. Lakin bunun mexanizminin aydın olmadığı bildirilib.

Chosen
30
5
cebheinfo.az

10Sources