EN

Daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Bakı, 13 dekabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının dekabrın 13-də keçirilən iclasında 2025-ci ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daha beş partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

AZƏRTAC xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

İclasda Ədalət, Hüquq, Demokratiya Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri səsverməyə çıxarılaraq qeydə alınıb.

Chosen
31
1
azertag.az

2Sources