EN

Türkiyənin dəstəklədiyi qruplaşma nəhəng su anbarını azad edib - SMO YPG-yə göz açdırmır

Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində Suriyanın şərq hissəsində daha bir uğura imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyanın şərq bölgəsinin su və elektrik təchizatının böyük hissəsini təmin edən Tişrin su anbarı bu gün terror təşkilatı PKK/YPG-nin işğalından azad olunub.

Məlumata görə, artıq Tişrin və ona yaxın olan bütün ərazilər tamamilə CMO-nun  nəzaərti altındadır: "Menbic rayonunun cənubunda yerləşən və Fərat çayı üzərindəki mühüm su ehtiyatı barajlarından (nəhəng su anbarı) olan Tişrin indiyə qədər ələ keçirilən ən böyük və ən əhəmiyyətli nöqtələrdən biri sayılır. Təkcə bir fakt bəs edir ki, bu su anbarının əhəmiyyətini anlayasan. Belə ki, Suriyanın elektrik ehtiyacının təxminən 70 faizi Tişrin, Tabqa və Baas barajları hesabına təmin edilir. Fərat çayının qərb sahilində yerləşən Tişrin 27 dekabr 2015-ci ildə ABŞ-ın dəstəyi ilə YPG/PKK tərəfindən ələ keçirilmişdi. Hətta ABŞ 2016-cı ilin yanvarında burada hərbi baza da yaratmış, daha sonra onu silah-sursatıyla birgə YPG-yə buraxaraq Rakkaya çəkilmişdi"

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
25
mia.az

1Sources