EN

Əsədin GİZLİ TƏXLİYƏSİ: Dəməşqdən qaçışın ŞOK DETALLARI

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdən təxliyəsinə bir neçə saat qalmış, dekabrın 7-də Müdafiə Nazirliyinin binasında 30-a yaxın ordu və təhlükəsizlik xidmətinin rəhbərləri ilə görüşündə hərbçiləri öz mövqelərini mövqelərini qorumağı tapşırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, iclasda Əsəd orduya ciddi bir döyüş vəziyyəti olsa da, mövqelərini tərk etməmələrini söyləyib.

Lakin o, bu çağırışlara baxmayaraq, hərbi qüvvələrin artıq zəiflədiyini və ordunun böyük hissəsinin dağılmağa başladığını çox yaxşı bilirdi.

"Reuters"in məlumatına görə, Əsəd öz administrasiyasının rəhbərinə, gündəlik işlərini bitirdikdən sonra evə qayıdacağını bildirib. Ancaq vəziyyətin gərginliyi və çox güman ki, özünə gələn təhlükə səbəbindən, Əsəd evə getmək əvəzinə gizli şəkildə Dəməşq hava limanına yollanıb.

Həmin vaxt onun daha sonra Suriya ərazisindən təxliyə ediləcəyi artıq planlaşdırılmışdı.

Əsəd həmçinin, çıxış hazırlamaq üçün media məsləhətçisinə zəng edərək, onu öz evinə çağırıb. Media məsləhətçisi gəldikdə, Əsədin rezidensiyada olmadığı məlum olub. Əvvəllər isə, Əsədin xalqa müraciət edəcəyi ilə bağlı açıqlamalar verilmişdi.

Amerika KİV-lərinin verdiyi məlumata görə, Əsədin təxliyə əməliyyatı Rusiya xüsusi xidmət orqanları tərəfindən sürətli və təcili şəkildə həyata keçirilib. Bu, Suriya prezidentinin hakimiyyətinin çöküşünün qaçılmaz olduğunu anladıqları andan baş verib. Rusiya, Əsədin ölkəni tərk etməsinə yardım etməklə, öz müttəfiqini qorumağa çalışıb, çünki rejiminin çöküşü yalnız Suriya üçün deyil, həm də Rusiya üçün böyük strateji itki olacaqdı.

Musavat.com

Chosen
41
13
musavat.com

10Sources