EN

Əsədin Suriyadan qaçmasının təfərrüatları məlum olub

Əsədin Suriyadan qaçmasının təfərrüatları məlum olub

Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk etmək planlarını gizli saxlayıb və qaçmazdan əvvəl guya zabitləri Rusiyanın kömək edəcəyinə inandırıb. AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.“Əsəd Moskvaya qaçmasına bir neçə saat qalmış, şənbə günü Müdafiə Nazirliyində 30-a yaxın ordu və təhlükəsizlik rəisləri ilə görüşdə onları Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qoşunlarını dayanmağa çağırıb”, - deyə agentlik yazıb. Bildirilir ki, Əsəd qaçmaq planlarını o qədər uzun müddət gizlədib ki, elit 4-cü zirehli diviziyanın komandiri kiçik qardaşı Maher Əsədə belə məlumat verməyib.Suriya hərbçiləri "Reuters" agentliyinə bildiriblər ki, Suriya ordusu ciddi ruhdan düşüb, korrupsiya və kadr çatışmazlığından əziyyət çəkib və bu, ölkə prezidenti Bəşər Əsədin devrilməsi ilə nəticələnib. Agentliklə söhbətində hərbçilərdən biri, 23 yaşlı Fərhan əl-Xuli maaşların aşağı olmasından və kəskin insan çatışmazlığından şikayətlənib. Onun sözlərinə görə, həmkarları ilə birlikdə saxladığı zastava doqquz yox, üç nəfər tərəfindən qorunub.

Chosen
29
afn.az

1Sources