EN

Sabiq baş məşqçi 20 illik həbs cəzasına məhkum edilib

Futbol üzrə Çin millisinin sabiq baş məşqçisi Li Ti rüşvətxorluqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

News365.az "Reuters"ə istinadən xəbər verir, o, 2015-2021-ci illər aralığında 120 milyon Çin yuanı almaqda ittiham olunur.

Li Ti 2019-cu ildən 2021-ci ilə qədər Çin millisinin baş məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir müddət əvvəl Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.

Chosen
38
3
news365.az

4Sources