Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib. Turanpress.org-un Globalinfo.az-a istinadən verdiyi məlumata görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğub öldürüb. Hadisənin qəsdən törədilmədiyi bildirilir. Hələ ki təfərrüat açıqlanmır.