EN

Kaladze Zurabişviliyə görə gürcü xalqından ÜZR İSTƏDİ

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze ölkənin hazırki prezidenti Salome Zurabişvilini 2018-ci ildə seçkilərdə namizəd göstərdiyinə görə üzr istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Kaladze jurnalistlərə açıqlamasında deyib.

“Əvvəla, əhalimizdən üzr istəmək istəyirəm, mən bunu heç vaxt deməmişəm, amma indi özümə icazə verirəm ki, bu etirafı edib. Çünki bu qadın (Salome Zurabişvilini nəzərdə tutur - red.) “Gürcü Arzusu”nun səyləri ilə hazırda olduğu yerə gəlib çıxıb. Lakin indi Zurabişvili nifrət və qəzəblə Gürcüstana deyil, xarici qüvvələrə xidmət edir”.

Bizim.Media

Chosen
30
bizim.media

1Sources