EN

Ramşteyn aviabazasının üzərində naməlum PUA-lar görüldü

Almaniyadakı bir sıra sənaye obyektləri və ABŞ-ın Ramşteyn aviabazasının üzərində naməlum pilotsuz təyyarələr müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Məlumata görə, dekabrın 3-ü və 4-ü axşam saatlarında ABŞ hərbi bazası üzərində çoxlu pilotsuz təyyarələr qeydə alınıb. Lakin intensiv axtarışlara baxmayaraq, bir dənə də olsun dron operatoru tapılmayıb.

Jurnal həmçinin qeyd edir ki, son həftələrdə dronların Almaniyanın “Rheinmetall” müdafiə konserninin, eləcə də kimyəvi nəhəng BASF-ə aid obyektlər üzərində uçduğu müşahidə edilib.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi brifinqdə jurnalın verdiyi məlumatı şərh etməyib.


Müəllif: Arzu
Chosen
32
teleqraf.com

1Sources